İkinci oxunuşda müzakirəyə çıxarılan “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsinə 6 aydan gec olmayaraq, istənilən halda ixtisas imtahanlarının keçirilməsi təklif olunur.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin oktyabrın 24-də keçirilən iclasının gündəliyinə daxil edilən “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, digər təklif Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədrinin səsverməsi ilə bağlıdır: “Təklif olunur ki, sədrin açıq və qapalı səsverməsi məsələsi sonrakı mərhələdə müəyyən edilsin”.