Avqust 18, 2025-3:39
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Qız qalası meydanında “Vyetnam günləri” çərçivəsində xüsusi mədəni-əyləncəli proqram təşkil olunub 

2025:07:28 - 10:50
in MƏDƏNİYYƏT
A A

İyulun 25-dən etibarən Azərbaycanda “Vyetnam günləri” keçirilir. Bu münasibətlə iyulun 27-də İçərişəhərin simvolu olan Qız qalası meydanında xüsusi mədəni-əyləncəli proqram təşkil olunub.

AZƏRTAC xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud İçərişəhərin yalnız memarlıq və tarixi abidələrdən ibarət olmadığını, burada minilliyin yaddaşı və xalqların ruhunun yaşadığını deyib. Onun sözlərinə görə, Azərbaycanın Vyetnamdakı səfirliyinin təşəbbüsü və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə reallaşan bu tədbir iki qədim Şərq mədəniyyətini bir araya gətirib.

Tədbirdə çıxış edən Vyetnam nümayəndə heyətinin rəhbəri, Hanoy Ticarət və Turizm Kollecinin rektoru Trinh Thi Thu Ha, nümayəndə heyətinin üzvü, Vyetnamın yaradıcı və ilhamverici mərkəzi “Le Cerne”nin direktoru Le Nguyen Thien Nga bildiriblər ki, bu tədbir yalnız gözəl sənət nümunələrindən zövq almaq üçün deyil, həm də iki zəngin və qədim mədəniyyət – Azərbaycan və Vyetnam arasında dostluq və əməkdaşlıq körpüsünün daha da möhkəmləndirilməsi məqsədilə keçirilir.

Natiqlər yaxın zamanlarda Vyetnamda “Azərbaycan günləri”nin keçiriləcəyinə ümidvar olduqlarını diqqətə çatdırıb, tədbir iştirakçılarını “Vyetnam günləri”ndən zövq almağa səsləyiblər.

Tədbir çərçivəsində Qız qalası meydanında Vyetnam musiqisinin müşayiəti ilə rəssamların əsərləri sərgilənib, zəriflik və ənənənin təcəssümü sayılan milli qadın geyimi “Ao zai” nümayiş olunub. Eyni zamanda, qonaqlar üçün əl işlərinin satış-sərgisi də təşkil edilib.

Xatırladaq ki, “Vyetnam günləri” Bakıda və Hanoyda baş tutan qarşılıqlı dostluq tədbirlərinin davamı olaraq xalqlarımız arasında mədəni əməkdaşlığın və qarşılıqlı hörmətin möhkəmləndirilməsinə xidmət edir.

Əvvəlki Yazı

Alimlər növbəti pandemiyanın qarşısını ala biləcək “çip üzərində ağciyər” inkişaf etdirirlər

Növbəti Yazı

Dubravka Cedoviç-Handanoviç: “Serbiya bazarında Azərbaycan qazının rolu daha da artacaq” – MÜSAHİBƏ

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.