İsrail qüvvələri Qəzza zolağının şimalında Əl-Qüds xəstəxanasını mühasirəyə alıb. Bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Onun məlumatına görə, “Xəstəxananın hər tərəfində İsrail əsgərləri və tankları yerləşdirilib”. İddia olunur ki, tibb müəssisəsi xəstələri və onların ailələrini, eləcə də işçiləri təxliyə etməyə hazırlaşır.
Noyabrın 8-də ərəb mediası İsrailin xəstəxanaya hücum etdiyini yazıb. Öz növbəsində, İsrail hərbçiləri iddia edib ki, zərbələr xəstəxanaya bitişik binada yerləşən radikal Fələstinin HƏMAS hərəkatının yaraqlılarına qarşı endirilib və bu, “ikinci dərəcəli partlayışlara” səbəb olub. İsrail tərəfi dəfələrlə Həmas tərəfdarlarını öz infrastrukturlarını mülki obyektlərin yaxınlığında, eləcə də onların altındakı tunellərdə yerləşdirməkdə ittiham edib. (Tass)