İyun 20, 2025-2:05
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Qızılağac Milli Parkında “Flaminqo Festivalı” başlayıb

2023:11:21 - 11:52
in MƏDƏNİYYƏT
A A

Qızılağac Milli Parkında “Flaminqo Festivalı” başlayıb.

“Report”un cənub bürosunun məlumatına görə, ilk dəfə təşkil olunan “Flaminqo Festivalı” axşam saatlarınadək davam edəcək.

Festival ərazisində Azərbaycanda fəaliyyət göstərən milli parkların stendləri qurulub. İştirakçıların hər birinə festivalın loqosu əks olunan döş nişanları və papaqlar paylanılıb.

Stendlərlə tanış olan iştirakçıların balıqartırma zavodu tərəfindən yetişdirilən müxtəlif növ balıqların olduğu böyük akvariumu izləmə imkanı olacaq. Festival çərçivəsində “Qırmızı Kitab”ın III nəşrinin təqdimatı, ekoviktorinanın keçirilməsi, canlı olaraq 12 ədəd Turac quşunun milli parka buraxılması planlaşdırılır.

Festivalın yaddaqalan olması üçün iştirakçılara parkın girişində olan göldə flaminqo və digər nadir su quşları nümayiş olunacaq, tədbir boyu park ərazisində faytonla gəzinti təmin ediləcək. Həmçinin, Qızılağacda yaradılmış yeni turizm marşrutunun təqdimatı və bu marşrut üzrə ilk dəfə “Quş bazarına” qayıqlarla gəzintinin təşkili də festivala xüsusi rəng qatacaq.

Bundan başqa, festivalda kvadrasiklların yarışı, ekstremal şəraitdə sağ qalmaq metodlarının əyani icrası və ilanlarla davranış qaydaları nümayiş olunacaq.

Flaminqo konseptinə (rənglər, dizayn və s.) uyğun təşkil edilən festivalda yerli suvenirlərin və əl işlərinin satış yarmarkası da olacaq.

Əvvəlki Yazı

İsmayıllıda arxeoloji əhəmiyyətli ərazidə qanunsuz qazıntı işləri aparılıb

Növbəti Yazı

Tural Gəncəliyev: “Əminəm ki, ABŞ 907-ci düzəlişlə bağlı öz səhvini başa düşəcək”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.