Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı oktyabr ayında bitki yağları, taxıl, ət və şəkər məhsullarının azalması səbəbindən qlobal ərzaq qiymətlərinin son 30 ayda ən aşağı səviyyəyə düşdüyünü açıqlayıb.
Birləşmiş Millətlər Təşkilatının Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) verdiyi açıqlamaya görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri izləyən FAO-nun Ərzaq Qiymətləri İndeksi oktyabr ayında əvvəlki ayla müqayisədə 0,5 faiz azalaraq 120,6 bənd olub. İndeks 2021-ci ilin martından bəri ən aşağı səviyyəyə düşüb.
Maraqlıdır ki, oktyabr ayında qlobal ərzaq qiymətləri bitki yağları, taxıl, ət və şəkər başda olmaqla yenidən ucuzlaşıb.
Bitki Yağı Qiymət İndeksi qlobal palma yağı qiymətlərinin azalması səbəbindən aylıq bazda yüzdə 0,7 azalıb. İndeks bir il əvvəlki səviyyəsindən 20,7 faiz aşağı düşüb.
Taxıl Qiymət İndeksi, düyü və buğda qiymətlərin enməsinin təsiri ilə aylıq 1 faiz, illik 17,9 faiz azalıb.
Şəkər Qiymət İndeksi, Braziliyada yaxşı istehsal gözləntiləri səbəbiylə oktyabr ayında sentyabr ayına nisbətən yüzdə 2,2 azalaraq, ardıcıl dördüncü aylıq enişini gətirdi. İndeks illik bazda yüzdə 3,4 azalıb.
Eyni dövrdə FAO Süd Məhsullarının Qiymət İndeksi 9 aylıq ardıcıl enişdən sonra 2,4 bənd artaraq 111,3 bənd təşkil edib.
FAO bu il qlobal taxıl istehsalı ilə bağlı proqnozunu əvvəlki illə müqayisədə 0,9 faiz artaraq 2,819 milyard ton səviyyəsində saxlayıb. (TRT Haber)