Bu gün sonuncu zəvvar qrupu Minadan çıxıb.
Bunu Teleqraf-a Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.
O qeyd edib ki, Mina mərasimləri əsasən bu gün başa çatır:
“Bütün zəvvar qrupları Minadan çıxaraq Məkkəyə doğru yola düşürlər. Onlar sonuncu ibadətlərini Kəbədə yerinə yetirəcəklər və bununla da Həcc ziyarəti tamamlanacaq”.
Vüsal Cahangiri əlavə edib ki, bəzi qruplar şəraitə görə Minada qalıb:
“Onların sayı təxminən 300 nəfərdir və sabah Minadan çıxacaqlar”.