İyun 14, 2025-2:19
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Din və fəlsəfə

QMİ sədri: “Dünya və ənənəvi dini liderlərin qurultayı qlobal dinlərarası dialoq üçün mühüm platformadır”

2023:10:11 - 10:08
in Din və fəlsəfə
A A
Qazaxıstan Qurultayı dünyanın nüfuzlu dini liderlərinin görüşləri üçün ənənəvi yüksək səviyyəli səhnə kimi iyirmi ildən artıqdır ki, beynəlxalq səviyyədə öz əhəmiyyətini təsdiqləyən qlobal dinlərarası dialoq platformasıdır.

“Report”un Astanaya ezam olunmuş müxbirinin məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Astanada keçirilən Dünya və ənənəvi din liderlərinin Qurultayının Katibliyinin XXI sessiyasının iclasında bildirib.

“Bu Qurultayın müstəsna önəmi ondan ibarətdir ki, o, dini liderlərin siyasi və ictimai xadimlərlə görüşləri üçün daimi fəaliyyətdə olan platformadır. Yaradıcılığı və davamlı mövcudluğunu təmin edən Qazaxıstan dövlətinə və onun müdrik siyasi rəhbərliyinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Qazaxıstan inamla tərəqqi və mənəvi inkişaf yolu ilə gedir. Ölkənin mədəni-mənəvi irsinin inkişaf etdirilməsi, həmçinin siyasi və iqtisadi sahələrdə böyük işlər görülür, mühüm layihələr və təşəbbüslər həyata keçirilir. Biz əminik ki, Qazaxıstan dinlərarası və sivilizasiyalararası dialoqun inkişafı prosesində bundan sonra da fəal rol oynayacaq”, – QMİ sədri vurğulayıb.

O, Astana Qurultayının Katibliyinin bugünkü iclasının yüksək səviyyədə keçirilməsinə və qonaqpərvərliyə görə Qazaxıstan tərəfinə təşəkkür edib.

“Biz Astanada keçiriləcək növbəti qurultaya hazırlıqla bağlı Katibliyin irəli sürdüyü bütün təşəbbüsləri dəstəkləyirik və onların həyata keçirilməsinə töhfə verməyə hazır olduğumuzu bildiririk. Bununla əlaqədar olaraq Qafqaz Müsəlmanları İdarəsi daha əvvəl Katibliyə öz və “2023-2033-cü illər üçün Dünya və ənənəvi din liderlərinin inkişaf Konsepsiyası” layihəsi üzrə təkliflərini təqdim etmişdi”, – A. Paşazadə əlavə edib.

Əvvəlki Yazı

Bakıda ana və 4 uşağı itkin düşüb

Növbəti Yazı

QMİ sədri: “Azərbaycan azad edilmiş ərazilərdə dağıdılmış məscid, kilsə və məbədləri bərpa edir”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.