Avqust 18, 2025-3:36
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Qobustan Rayon Mərkəzi Xəstəxanası elektron növbə sisteminə keçid edəcək

2025:06:20 - 15:33
in SOSİAL
A A

TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) birgə təşəbbüsü ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil olunub.

“Report” xəbər verir ki, səfərin məqsədi media və Qeyri Hökumət Təşkilatlarının nümayəndələrini Xəstəxananın fəaliyyət istiqamətləri, yeniliklər, nəzərdə tutulan planlar, eləcə də icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərlə tanış etməkdən ibarət olub.

Mediatura rəhbərlik edən Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova rəhbərlik etdiyi müəssisənin fəaliyyəti, strukturu və həyata keçirilən işlər barədə məlumat verib:

“Xəstəxananın birinci mərtəbəsində qeydiyyat bölməsi yerləşir. Tezlikdə elektron növbə sisteminə keçirilməsi planlaşdırılır. İnsanlar evlərində oturub rahat növbə götürə biləcəklər”.

Onun sözlərinə görə, ən mühüm dəyişikliklərdən biri artıq xəstəxanada ginekoloji (o cümlədən qeysəriyyə), LOR, oftalmoloji, uroloji və travmatoloji əməliyyatların icrası ilə bağlıdır:

“Son bir il yarımda artıq 1100-ə yaxın cərrahi əməliyyat həyata keçirilib ki, bu da regionda tibbi xidmətlərə əlçatanlığın artdığını göstərir. Bundan əlavə, icbari tibbi sığortanın tətbiqi ilə xəstəxananın strukturunda yeni şöbələr yaradılıb. Yeni yaradılan Fizioterapiya şöbəsində ötən ildən bu günə qədər 12 minə yaxın fizioterapevtik xidmət göstərilib ki, bu da xüsusilə reabilitasiyaya ehtiyacı olan pasiyentlər üçün mühüm əhəmiyyət daşıyır”.

G.Muradova bildirib ki, hazırda xəstəxananın nəzdində 3 ailə sağlamlıq mərkəzi, 5 tibb məntəqəsi və 10 kənd həkim məntəqəsi 350 nəfər çalışır

“Mərkəzin nəzdindəki tibb müəssisələrində çarpayı fondunun ümumi miqdarı 70-dir. Tibb müəssisəsində hazırda cərrahiyyə, ginekologiya, pediatriya, terapiya, təcili tibbi yardım, yoluxucu xəstəliklər, şüa-diaqnostika, fizioterapiya, laboratoriya fəaliyyət göstərir”.

Daha sonra mediatur iştirakçıları xəstəxananın müvafiq şöbələrinə baxış keçiriblər və tibb müəssisəsində müayinə olunublar.

Əvvəlki Yazı

Azərbaycanda daha 154 nəqliyyat vasitəsi hərraclara çıxarılacaq

Növbəti Yazı

Sahibə Qafarova Gürcüstan parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.