Avqust 19, 2025-1:42
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil qərargahında “YouthLead Dialogues” adlı tədbir olub

2025:08:15 - 11:26
in SOSİAL
A A

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil qərargahında “YouthLead Dialogues” adlı tədbir keçirilib.

“Report” xəbər verir ki, görüş gənclərin təşəbbüsü ilə həyata keçirilən və BMT Baş Assambleyası çərçivəsində təşkil olunan YouthLead Festivalına hazırlıq məqsədi daşıyır.

Görüşün əsas mövzusu “Nəsillərarası əməkdaşlıq yolu ilə qlobal irəliləyişi sürətləndirmək” olacaqdır.

Tədbir QHGT-nin sədri və COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənovanın nitqi ilə açıq elan olunub. L. Həsənova gənclərin perspektivlərinin dayanıqlı inkişaf prosesində inklüziv nəticələr əldə edilməsində əhəmiyyətini vurğulanıb. BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva gənclərin yenilikçi, yaradıcı və qətiyyətli xarakterlərinin qlobal məsələlərin həllində mühüm rol oynadığına toxunub.

Tədbirin açılışında BMT Baş katibinin gənclərlə iş üzrə köməkçisi Felipe Paullierin video müraciəti nümayiş olunub. Dialoqda gənclərlə bağlı gündəmin irəlilədilməsi üçün nəsillərarası əməkdaşlıq yolu ilə mövcud çətinliklər və milli, regional və qlobal səviyyədə gələcəyə yönəlik həll yolları müzakirə olunub.

QHGT-nin BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisinin Ofisi ilə tərəfdaşlıq çərçivəsində keçirdiyi ənənəvi dialoq panel müzakirəsi formatında davam edib.

QHGT Katibliyinin rəhbəri Ayan Muxtarlı və BMT-nin Rezident Əlaqələndiricisinin Ofisinin rəhbəri Kanako Mabuçinin moderatorluğu ilə keçirilən müzakirələr “Bugünkü reallıqlar: yaşadığımız mühit”, “Arzuladığımız gələcək: gənclər üçün uyğun 1 bir dünya” və “Dəyişimin toxumları: baş verən yeniliklər” mövzularını əhatə edib.

Hibrid formatda təşkil olunan tədbirdə 40-a yaxın gənclə yanaşı, QHGT-nin Asiya, Afrika və Latın Amerikada yerləşən Milli Bölmə təmsilçiləri də iştirak edib. Tədbirin sonunda iştirakçılar arzuladıqları gələcəyi reallaşdıracaq təkliflərini bölüşüblər.

Əvvəlki Yazı

Prezident İlham Əliyev Konqonun Prezidentinə məktub ünvanlayıb

Növbəti Yazı

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 33 il keçir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.