Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi hesab edir ki, bu təşkilatın ekspertlərinin KXDR-də olmasını təmin etmək lazımdır.
O, bu mövqeyini Tokioda keçirdiyi mətbuat konfransında açıqlayıb.
“Düşünürəm ki, biz MAQATE-nin ölkədə müəyyən iştirakının, müəyyən qədər mövcudluğunun (KXDR ) bərpasına nail olmağa çalışmalıyıq”, – agentliyin baş direktoru deyib. Onun fikrincə, bu cür qarşılıqlı əlaqə “nüvə təhlükəsizliyinə” aid ola bilər.(Tass)
Bununla belə, Qrossi etiraf edib ki, “bunu söyləmək etməkdən asandır”.