Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Ukraynaya səfəri çərçivəsində Kiyev elektrik yarımstansiyasında olub.
O qeyd edib ki, yarımstansiya atom elektrik stansiyalarını elektrik enerjisi ilə təmin etmək üçün zəruri olan enerji sisteminin mühüm hissəsidir. “Nüvə qəzası təkcə nüvə stansiyasına birbaşa hücum nəticəsində deyil, həm də elektrik enerjisinin kəsilməsi nəticəsində baş verə bilər. MAQATE nəticələrini qiymətləndirmək, dəstək vermək və bu riskin qarşısını almaq üçün buradadır”. Grossi X-də yazıb.
MAQATE rəhbəri nüvə təhlükəsizliyi üzrə yüksək səviyyəli danışıqlar üçün Kiyevdədir. Bu səfər onun 2022-ci ildə münaqişənin kəskinləşməsindən sonra Ukraynaya 11-ci səfəri idi. (Tass)