MAQATE nümayəndə heyəti tezliklə Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq. Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi “Rosatom”un baş direktoru Aleksey Lixaçevlə danışıqlardan sonra jurnalistlərə bildirib.
“Bir neçə dəqiqədən sonra Rusiya Federasiyasının Prezidenti ilə məsələləri müzakirə etmək imkanımız olacaq” deyib. (Tass)