Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi yenidən Zaporojjya Atom Elektrik Stansiyasına (ZNPP) baş çəkmək niyyətindədir.
“[ZNPP-ə səfər yaxın gələcəkdə baş tutmayacaq, amma mən mütləq qayıdacağam”, o, MAQATE-nin Rəhbərlər Şurasının iclasının açılışı münasibətilə keçirilən mətbuat konfransında deyib. Eyni zamanda, Qrossi qeyd edib ki, hələlik səfərin konkret tarixini deyə bilməz. (Tass)