İyun 18, 2025-18:14
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Qubada Azərbaycan Skautlar Assosiasiyasının iki layihəsi start götürüb

2024:03:24 - 11:01
in SOSİAL
A A

Quba rayonu Fizika-Riyaziyyat və İnformatika Təmayüllü liseydə Azərbaycan Skautlar Assosiasiyasının iki layihəsi start götürüb.

Azərbaycan Skautlar Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalibi olan “Məktəblərdə skaut klublarının yaradılması” layihəsində, ümumilikdə, Azərbaycanın müxtəlif bölgələrindən müraciət etmiş 280 müəllim arasından 30 nəfər seçim turundan keçərək iştirak haqqı qazanıb. Məktəblilərin öyrənmə prosesini skaut metodu ilə dəstəkləmək, yeni tədris üsullarını kəşf etmək və nəzəri biliklərini təcrübədə istifadə etmək, təhsil keyfiyyətini artırmaqla yanaşı, şagirdlərin xarakter, sosial inkişafına töhfə vermək layihənin əsas məqsədləri sırasındadır.

Paralel olaraq Gənclər Fondunun dəstəyi ilə gənclər üçün “Liderlik təlimi” keçirilir. Skaut fəaliyyətinə maraq göstərən 100-ə yaxın gənc bu layihənin seçim turunda iştirak edib. Yalnız sosial fəaliyyətləri ilə seçilən və özünüinkişafa həvəsli olan gənclər arasından 30 nəfər müsabiqə mərhələsini keçərək layihədə iştirak haqqı qazanıb. Əsas məqsəd yeniyetmə və gənclərin inkişafına töhfə vermək, liderlik prinsiplərini aşılamaq və ən əsası sosial inkişafını artırmaqdır. Əsl lider sağlam əlaqələr qurmağı, komanda yaratmağı və öyrədici təcrübələrini bölüşməyi bacarmalıdır. Hər iki layihənin təlim proqramına sağlam həyat tərzi forması, fiziki-zehni fəaliyyətlər və yaradıcı- maarifləndirici məşğələlər daxildir. Təlim proqramı Novruz bayramı ərəfəsinə təsadüf etdiyindən milli mədəni proqramlar təşkil olunur və iştirakçılar müxtəlif bölgələrə xas milli təamları nümayiş etdirirlər. Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Əvvəlki Yazı

Yeni Günəşlidə evdən 2 000 ABŞ dolları oğurlanıb

Növbəti Yazı

DİN: Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.