Sentyabr 16, 2025-2:34
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Qubada “I Am Jazzman” caz düşərgəsi başa çatıb

2025:09:12 - 13:22
in MƏDƏNİYYƏT
A A

Qubada sentyabrın 7-dən 12-dək növbəti “I Am Jazzman” caz düşərgəsi (“Jazz Camp”) keçirilib.

Düşərgə Gənclər və İdman Nazirliyinin dəstəyi və “Baku Jazz Festival”ın təşkilatçılığı ilə keçirilir. Bu, məktəblilər və tələbələr də daxil olmaqla, caz musiqisi həvəskarlarını bir araya toplayan dördüncü düşərgədir. İlk üç düşərgə Qax, Qazax və Lənkəranda böyük uğurla keçirilib.

AZƏRTAC xəbər verir ki, düşərgənin proqramına caz dərsləri ilə yanaşı, idman məşğələləri, seminar və ustad dərsləri, intellektual və idman oyunları daxil edilib. Caz düşərgəsinin müəllimləri arasında Azərbaycan estradasının ağsaqqalı Qasım Xəlilov, həmçinin Diana Hacıyeva (vokal üzrə ustad dərsləri), Nurlan Hüseynzadə və Əli Nəsib (instrumental ifaçılar üçün dərslər) olublar. İştirakçılar ənənəyə uyğun olaraq, düşərgənin keçirildiyi şəhərin sakinləri üçün təşkil olunmuş konsert proqramı hazırlayıblar. Konsertdə 16 kompozisiya səslənib, habelə proqramda düşərgənin bütün musiqiçiləri iştirak ediblər.

“I Am Jazzman” caz düşərgəsinin direktoru Leyla Əfəndiyeva qeyd edib ki, düşərgənin məqsədi caz musiqisini gənclər arasında populyarlaşdırmaqdır. O, cazın Azərbaycanın regionlarında inkişafının çox vacib olduğunu vurğulayıb.

Direktor əlavə edib: “Belə layihələrin təşkili öz bəhrəsini verir. Son illər biz maraqlı prosesi müşahidə edirik. Azərbaycanın bölgələrindən olan gənclər caz müsabiqəsinin qalibi və onun fəal iştirakçıları olurlar. Məsələn, 2023-cü ildə “I am Jazzman” müsabiqəsində İsmayıllıdan olan pianoçu birinci yeri tutub, 2025-ci ildə bu uğuru Ucardan olan iştirakçı əldə edib. Qazaxda, Lənkəranda, Gəncədə istedadlı musiqiçilər meydana çıxıblar. Caz düşərgələri yerli sakinlərdə intellektual musiqiyə marağın yaranmasına kömək edir. Dünən Qubada keçirilən konsertdən sonra şəhər sakinləri bizə yaxınlaşaraq canlı caz musiqisini dinləmək imkanı əldə etdiklərinə görə təşəkkür etdilər”.

Caz düşərgəsi gənc ifaçıların “I Am Jazzman” müsabiqəsi ilə yanaşı, həm də Azərbaycanda caz musiqisinin inkişafı proqramının tərkib hissəsi olan Bakı Caz Festivalının layihələrindən biridir.

Əvvəlki Yazı

Deputat: “Azərbaycanın aqrar sahəsində kadr çatışmazlığı var”

Növbəti Yazı

Qobustanda Birinci Qarabağ müharibəsinin itkin-şəhidi ilə vida mərasimi keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.