BMT-nin baş katibi Antoniu Quterreş Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümü ilə bağlı keçiriləcək tədbirlərdə iştirak etmək üçün Moskvaya səfər edə bilməyəcək. Bunu dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
“Xeyr, baş katib qeyd etmələrə qatıla bilməyəcək”, – deyə Düjarrik məsələ ilə bağlı suala cavab verib.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml BMT baş katibinin mayın 9-da Moskvaya gələcəyini gözləmir. (Tass)