Qəzza zolağında münaqişə tərəflərindən heç biri beynəlxalq hüquqdan üstün deyil. Bunu jurnalistlərə açıqlamasında BMT-nin baş katibi Antonio Quterreş vurğulayıb.
“IDF-nin quru əməliyyatları və davam edən bomba hücumları mülki şəxslərə, xəstəxanalara, qaçqın düşərgələrinə, məscidlərə, kilsələrə və BMT obyektlərinə, o cümlədən sığınacaqlara zərbələr endirir. Heç kim təhlükəsiz deyil. Eyni zamanda, Həmas və digər yaraqlılar mülki şəxslərdən canlı qalxan kimi istifadə edir və ayrı-seçkilik etmədən İsrailə raket zərbələri endirirlər”, – baş katib bildirib.
“Gördüyümüz beynəlxalq humanitar hüququn açıq-aşkar pozulmasından dərin narahatam” deyən Quterreş, “Açıq deyim: silahlı münaqişənin heç bir tərəfi beynəlxalq humanitar hüquqdan üstün deyil. (Tass)