BMT-nin baş katibi Antonio Quterreş Suriyanın suverenliyini və ərazi bütövlüyünü pozan hərəkətlərə son qoymağa çağırıb.
“İŞİD ölkənin bir çox bölgələrində ciddi təhlükə yaratmaqda davam edir, eyni zamanda, Suriyanın suverenliyini və ərazi bütövlüyünü pozan irimiqyaslı hava hücumları davam edir. Bu hərəkətlərə son qoyulmalıdır”, – deyə o vurğulayıb.
Quterreş 1974-cü ildə qüvvələr bölgüsü haqqında sazişin şərtlərini də xatırladıb və ayırma zonasında yalnız BMT sülhməramlılarının ola biləcəyini vurğulayıb. Suriyanın suverenliyi, ərazi birliyi və bütövlüyü tam bərpa edilməli və bütün təcavüz aktları dərhal dayandırılmalıdır”, – o əlavə edib. (Tass)