BMT-nin baş katibi Antonio Quterreş Ukraynada münaqişənin daha da gərginləşməsindən çəkinməyə çağırıb.
O, bunu “The New York Times” qəzetinin ABŞ prezidenti Co Baydenin ATACMS taktiki ballistik raketlərindən istifadə etməklə Rusiyanın dərinliklərinə zərbələr endirməyə icazə verməsi barədə məlumatı şərh edərkən bildirib .
“İlk növbədə, Ukraynada müharibənin daimi eskalasiyasının qarşısının alınması zərurətinə dair mövqeyimiz çox aydındır”, – Quterreş vurğulayıb. (Tass)