BMT-nin baş katibi Antonio Quterreş Yaxın Şərqdəki müharibənin nəzarətdən çıxdığını və həddindən artıq irəli getdiyini, dünya daha geniş münaqişə, artan insan əzabları və qlobal iqtisadi şok təhlükəsi ilə üzləşdiyini bildirib.
“Münaqişə liderlərin ağlasığmaz hesab etdiyindən daha artıq həddi keçib. Həddindən artıq gedib. Eskalasiya pilləkəninə qalxmağı dayandırıb diplomatiya pilləkəninə qalxmağa, beynəlxalq hüquqa tam hörmətlə yanaşmağa başlamağın vaxtıdır”, – deyə Quterreş bildirib.
BMT-nin Baş katibi münaqişənin əsas tərəflərinə ayrı-ayrı mesajlar ünvanladı. O, ABŞ və İsraili müharibəni dərhal dayandırmağa, İranı münaqişədə iştirak etməyən qonşu ölkələrə hücumları dayandırmağa çağırdı və həmçinin Livandakı hərbi əməliyyatlara son qoyulmasını tələb etdi.
Baş katib vurğulayıb ki, Hörmüz boğazının bağlanması qlobal əkin mövsümünün kritik anında neft, qaz və gübrə tədarükünü “boğurlayır” və müharibənin nəticələri planetin ən kasıb və ən həssas təbəqəsinə ən çox zərbə vurur. (Tass)
