2024-cü ildə Qvineyada ölkənin yeni konstitusiyasına dair referendum keçiriləcək. Bu barədə Qvineyanın keçid dövrünün prezidenti Mamadi Dumbuya milli televiziyada çıxışında bildirib.
“2024-cü ildə bizi birləşdirəcək yeni konstitusiya referenduma çıxarılacaq” deyən dövlət başçısı deyib: “Xalqın təsdiqlədiyi Konstitusiya sadə bir işarə deyil, ortaq gələcəyi birlikdə qurmaq üçün keçmişimizdən ilhamlanan əsas qanun olacaq .” Bununla belə, Dumbuya referendumun tarixini açıqlamayıb və əsas qanunun mətninin nə dərəcədə hazır olduğunu və nə vaxt dərc ediləcəyini açıqlamayıb.
RFI radiostansiyası öz növbəsində bildirib ki, yeni konstitusiyanın mətninin hazırlanması 2023-cü ilin yayından parlament kimi fəaliyyət göstərən Milli Keçid Şurasında aparılır.
Öz növbəsində, Guinee114 xəbər portalı qeyd edir ki, 2024-cü ildə ölkədə prezident, parlament və yerli seçkilər də keçirilməlidir. Elektron nəşrin məlumatına görə, sənəd qəbul olunarsa, onlar yeni konstitusiya çərçivəsində baş tutacaq. (Tass)