Misirin Qəzza zolağı ilə sərhədində yerləşən Rəfah keçidinin bazar ertəsi, oktyabrın 23-də anklav əhalisi üçün humanitar yardımın növbəti partiyası üçün açılması planlaşdırılır. Bu barədə CNN BMT nümayəndəsinə istinadən məlumat yayıb.
Bundan əvvəl beynəlxalq ictimaiyyət tərəfindən son bir neçə gündə Sinay yarımadasının şimalındakı El Ariş şəhərinin hava limanına çatdırılan humanitar yardım daşıyan 20 yük maşını keçid məntəqəsindən keçib. Yüklərin daşınmasına nəzarət Misir Qızıl Aypara Cəmiyyəti və BMT tərəfindən həyata keçirilir.
Sektorda yerləşən əcnəbilər və ikili vətəndaşlığı olan şəxslər üçün Rəfahdan Misirə keçmək icazəsi ilə bağlı hələlik heç bir məlumat yoxdur. (Tass)