İsrailin beynəlxalq xəbərdarlıqlara baxmayaraq hücumlarını davam etdirdiyi Qəzza zolağının cənubundakı Rəfah şəhərinə sığınan fələstinlilər quru hücumu ilə bağlı narahatlıqlarına baxmayaraq bölgəni tərk etməyəcəklərini bildiriblər.
İsrail ordusnun gecə saatlarında Rəfah şəhərinə təşkil etdiyi hücumlarda 100-dən çox adam ölüb, yüzlərlə insan yaralanıb.
Qəzza zolağının cənubunda sərhəddə yerləşən Rəfah, 2,3 milyon əhalisi olan Qəzza əhalisinin təxminən yarısına ev sahibliyi edir və minlərlə insan İsrailin hücumları nəticəsində şəhərə sığınaraq evlərini tərk edir.
Rəfaha sığınan fələstinlilər İsrail ordusunun kütləvi qətllərə və mülki şəxslərə qarşı cinayətlərə səbəb ola biləcək qurudan hücuma keçəcəyindən narahatdırlar.
AA müxbirinə danışan fələstinlilər onları Qəzza zolağından çıxarmaq üçün edilən hər hansı cəhdi rədd etdiklərini vurğulayaraq, “Sinaya köçməkdənsə, Qəzzada ölməyi üstün tutduqlarını” bildiriblər.