Avqust 18, 2025-9:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Rəhman Mustafayev: Bakı ilə İrəvan arasında səmimi danışıqlar müsbət nəticələrə gətirib çıxara bilər

2024:04:26 - 15:09
in SİYASƏT
A A

Azərbaycanla Ermənistan arasında səmimi və dürüst danışıqlar müsbət nəticələrə gətirib çıxara bilər.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Məhkəmədə Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev “Azərbaycan Ermənistana qarşı” işi üzrə Ermənistanın ilkin etirazları əsasında keçirilən dinləmədə Azərbaycanın şifahi arqumentini təqdim edərkən deyib.

“Mən iki ölkə arasındakı münasibətlərdə ən son və ümidverici hadisələr barədə Beynəlxalq Məhkəməyə məlumat vermək istərdim. 1991-ci ildə Ermənistanın işğalından sonra Azərbaycan ilk dəfə olaraq öz suveren ərazisinin işğal altında qalan bir hissəsini qan tökülmədən geri qaytarıb. Ötən həftə Ermənistan quru sərhədinin bir hissəsinin demarkasiyasına və 1992-ci ildə işğal olunmuş 4 kəndin Azərbaycana qaytarılmasına razılıq verib. Bu hadisələr göstərir ki, tərəflər arasında aparılan danışıqlar mühüm və müsbət nəticələrə gətirib çıxara bilər”, – səfir bildirib.

Sonda Mustafayev Azərbaycan tərəfinin yekun bəyanatını oxuyub.

“Azərbaycan Respublikası Məhkəmədən xahiş edir ki, Ermənistanın 24 aprel 2024-cü il tarixli yekun təqdimatında irəli sürdüyü ilkin etirazların hər birini rədd etsin. Belə ki, onların heç biri Beynəlxalq Məhkəmənin yurisdiksiyasına və ya Azərbaycanın iddialarının məqbul olmasına əsaslı etiraz təşkil etmir”, – o qeyd edib.

Səfir əlavə edib ki, alternativ kimi bu ilkin etirazların hər biri mahiyyəti üzrə baxılana qədər təxirə salınmalı və rədd edilməlidir.

Əvvəlki Yazı

Paris Aİ-yə insanları münaqişə zonalarından təxliyə etmək üçün xüsusi qüvvələr yaratmağı təklif edib

Növbəti Yazı

Kiyev: 2024-cü ilin əvvəlindən BVF və Qərb ölkələri Ukraynaya təxminən 12 milyard dollar yardım edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.