İT və rəqəmsal transformasiya üzrə qlobal lider olan ABŞ şirkəti “EPAM Systems” Azərbaycana gəlir.
Ritirika.az xəbər verir ki, rəqəmsal transformasiya və İT konsaltinq sahəsində dünya liderlərindən olan “EPAM Systems” şirkəti Azərbaycanda fəaliyyətə başlayacağını rəsmən elan edib.
Yaxın zamanda Bakıda açılacaq nümayəndəlik əməliyyat işləri ilə yanaşı, irimiqyaslı rəqəmsallaşma təşəbbüslərinin həyata keçirilməsini nəzərdə tutan innovasiya mərkəzi kimi də fəaliyyət göstərəcək. Əməkdaşlığın xüsusi istiqaməti süni intellekt sahəsini əhatə edəcək. Belə ki, “EPAM Systems” şirkəti digər ölkələrdə həyata keçirilən layihələrdə öz effektivliyini sübut etmiş qabaqcıl həlləri ölkəmizdə tətbiq edəcək.
Tech.az