“Şərq qapısı” və Naxçıvan televiziyasının arxivləri böyük məxəzdir.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid mayın 30-da Naxçıvanda keçirilən “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransı – “MEDİAFEST-2025″də çıxışı zamanı deyib.”Dünən xüsusən gəncləri görəndə, bizi qarşılayanda istər-istəməz mənim yadıma “Cavanlar həyatı” qəzeti düşdü. Bildiyiniz kimi, sonra bu qəzet “Şərq qapısı” qəzetinə çevrildi və Azərbaycanda uzun müddət, demək olar, fasiləsiz çıxan mətbu orqandır”, – o qeyd edib. R.Məcid bildirib ki, 1990-1993-cü illərdə Ümummili Liderin Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə “Şərq qapısı”nın, Naxçıvan televiziyasının yaratdıqları salnamələr onların arxivlərində qorunur: “Şərq qapısı” və Naxçıvan televiziyasının arxivləri bizim üçün də böyük məxəzdir və Ümummilli Liderin şəxsiyyətini daha yaxından tanımaqda böyük rol oynayır”.