Azərbaycanda bu gün data analitika sahəsində mütəxəssis çatışmazlığı var.
“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədrinin müavini Rəşad Xalıqov İRİA-nın 2023-cü ilin yekunları və 2024-cü ilin hədəflərinə dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri belə buna olan tələbin kifayət qədər səviyyədə olmamasıdır.
“Bu özü bir mədəniyyətdir. Təcrübəyə baxsaq bu sahədə ilk olaraq özəl sektor bazarın tələbinə əsasən mütəxəssis formalaşdırır. Bizdə də özəl subyektlərdə data qəbul etmə mədəniyyəti formalaşdırılıb. Amma bu çox az sayda olan böyük şirkətlərdədir”,- deyə R. Xalıqov qeyd edib.