Dezinformasiya ilə Mübarizə Mərkəzi bəzi sosial media hesablarında paylaşılan “İsrail Türkiyənin Qızıl Aypara anbarlarını vurdu. AFAD-ın yerləşdiyi binaya ciddi ziyan dəyib” iddialarının doğru olmadığını açıqlayıb.
Mərkəzdən edilən şərhdə, ” Bəzi sosial media hesablarında paylaşılan ‘İsrail Qızıl Ayparanın Türkiyəyə aid anbarlarını vurdu. AFAD-ın yerləşdiyi binaya ciddi ziyan dəydi’ iddiası doğru deyil. “
Bəyanatda aşağıdakı ifadələr yer alıb:
“ İsrailin bombardmanı nəticəsində böyük ziyan görən sözügedən bina Fələstin Qızıl Aypara Cəmiyyətinin humanitar yardım anbarıdır və tikintisi Türk Qızıl Aypara tərəfindən dəstəklənir.
Beynəlxalq Humanitar Təşkilatlarda institutlararası əməkdaşlıq vacibdir.
Türk Qızıl Ayparası binanın inşası mərhələsində Fələstin Qızıl Aypara Cəmiyyətinə yardım edib və açarları təhvil verib və nəzarəti onlara həvalə edib.
Qəzzada nə AFAD-ın, nə də Türk Qızıl Ayparasının nə logistika anbarı, nə də binası var. “ Əsassız iddialara inanmayın ” . (TRT Haber)