Ukraynada hərbi xidmətdən yayınanların sayı ilin əvvəlindən təqribən 100 min nəfər artaraq, təxminən 1 milyon nəfərə çatıb.Bu barədə müxalif fikirli ukraynalı deputat Aleksandr Dubinski məlumat verib.
“Əgər İvano-Frankivsk vilayətində 40 min hərbi xidmətdən yayınan varsa (yerli işə qəbul və sosial dəstək mərkəzinin məlumatında deyildiyi kimi), bütün Ukraynada onların təxminən bir milyonu var”, – o Telegram kanalında yazıb. Martın 27-də İvano-Frankivsk regional hərbi qeydiyyat və komissarlıq idarəsinin rəis müavini Roman Bodnar bildirdi ki, bölgədə hərbi xidmətdən yayındığı üçün təxminən 40 min vətəndaş axtarışdadır.
Dubinski iddia edir ki, ilin əvvəlindən Ukraynada hərbi xidmətdən yayınanların sayı təxminən 100 min nəfər artıb: “Yaxın vaxtlarda sərhəddə və sərhədyanı ərazilərdə nəzarət tədbirləri xeyli gücləndiriləcək”, – deputat təklif edib. O hesab edir ki, ölkə tezliklə hərbi personalın bölgələr arasında gediş-gəlişini qadağan edə bilər.
2022-ci ilin fevralından Ukraynada ümumi səfərbərlik elan edilib və dəfələrlə uzadılıb. Bu, artıq çoxsaylı qalmaqallara və cəmiyyətdə ziddiyyətlərin şiddətlənməsinə səbəb olub. Hərbi Komissarlıq əməkdaşları vətəndaşlara qarşı reydlər keçirərək zor tətbiq edərkən, deputatlar və vəzifəli şəxslər səfərbərlikdən yayınaraq, hərbi yaşda olan oğullarını xaricə aparırlar. Buna baxmayaraq, ötən ilin sonundan etibarən Ukrayna hakimiyyəti səfərbərliyi gücləndirməyə başlayıb.
Fevralın 7-də Ali Rada səfərbərliyin sərtləşdirilməsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib. Sənəd elektron çağırış vərəqələrinin tətbiqini, hərbi yaşda olan bir sıra kişilər üçün möhlətlərin ləğvini, hərbi xidmətdən yayınanların hüquqlarının məhdudlaşdırılması imkanlarını, nəqliyyatı idarə etmək hüququna qadağa qoyulmasına qədər və bank hesablarının bloklanmasını nəzərdə tutur. Bir sıra sərt normalar cəmiyyətdə kəskin tənqidlərə səbəb olub, deputatlar sənədə 4 mindən çox dəyişiklik təqdim ediblər. Martın 12-də Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsi onlara baxmağa başlayıb. Ukrayna mətbuatı xəbər verir ki, artıq bəzi müddəalardan imtinaya qərar verilib.
(Tass)