Ali Rada Avropa komissarlarının iştirakı ilə Vladimir Zelenskinin səlahiyyətlərinin davam etdirilməsinin dəstəklənməsi ilə bağlı qətnaməyə səs verə bilməyib. Bu barədə deputat Yaroslav Jeleznyak məlumat verib.
“Ali Radanın Ukraynada demokratiyanın dəstəklənməsinə dair bəyanatı iflasa uğradı”, o, Teleqram kanalında yazıb. Qətnamənin lehinə 218 deputatın səs verdiyi, 226 deputatın tələb olunduğu bildirilir.
Jeleznyak qeyd edib ki, səsə qoyulan qətnamənin mətnində Zelenskinin prezidentin səlahiyyətlərini həyata keçirməyə davam etməli olduğu bildirilir. “Parlament vurğulayır ki, Volodimir Zelenski Ukraynanın yeni seçilmiş prezidenti vəzifəyə başlayana qədər öz səlahiyyətlərini yerinə yetirməlidir”, – qəbul olunmayan qətnamədə deyilir. (Tass)