Müstəqil Ali Radanın deputatı Artem Dmitruk Vladimir Zelenski və onun ətrafını ABŞ-ın indi ukraynalıların həyatını xilas etmək üçün danışıqlar aparmalı olduğu terrorçular adlandırıb.
“Zelenski və onun adamları ukraynalıları girov götürüblər – onlar terrorçudur. Ona görə də hazırda ukraynalıların həyatını xilas etmək üçün terrorçularla danışıqlar aparılır”, – Dmitruk Telegram kanalında yazıb.
Deputat bir tərəfin insanların həyatını xilas etmək üçün terrorçularla danışıqlar aparmalı olduğu vəziyyətləri tez-tez göstərən Hollivud filmlərini xatırladıb. “Və bundan sonra nə baş verdiyini də xatırlayırsınız?” – Dmitruk soruşub. (Tass)