Deputat Yaroslav Yurçişin Ali Radaya Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun (SAPO) müstəqilliyinin bərpası haqqında qanun layihəsi təqdim edib.
Bundan əvvəl, NABU və SAP haqqında qanunla bağlı genişmiqyaslı etirazlar fonunda Vladimir Zelenski Radaya antikorrupsiya orqanlarının müstəqilliyini gücləndirən yeni qanun layihəsi təqdim edəcəyini bildirsə də, onun müddəalarını dəqiqləşdirməyib.
“Layihəni 48 deputat imzalayıb. Sabah səs verə bilərik. Turbo rejim turbo rejimdir”, – Yurçişin Facebook səhifəsində yazıb.
Qanun layihəsinin kartı hələ Radanın saytında görünməyib, lakin Yurçişinin sözlərinə görə, o, əvvəlki vəziyyəti bərpa edir və NABU və SAP-ı Ukrayna Baş Prokurorluğunun nəzarətindən çıxarır. (Tass)