Rafael Baba oğlu Hüseynov “Şərəf” ordeni ilə təltif edilib.“Report”un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.O, Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə təltif edilib.Qeyd edək ki, R.Hüseynov 1954-cü il avqustun 12-də Kürdəmir şəhərində anadan olub. 2003-cü ildən AMEA-nın Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin direktorudur. İkinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Milli Məclisin deputatı olub.