Cyril Ramaphosa and içib və Cənubi Afrika Respublikasının Prezidenti kimi ikinci beş illik müddətinə başlayıb. Paytaxt Pretoriyada hökumət İttifaqının binaları kompleksinin ərazisində keçirilən mərasimin yayımı dövlət media qrupu SABC tərəfindən həyata keçirilib.
Ramaphosa Cənubi Afrikanın baş hakimi Raymond Zondo qarşısında and içərkən, “Respublika Konstitusiyasını qorumağa və müdafiə etməyə and içirəm” deyib.
İnauqurasiyada 18 ölkənin, o cümlədən Afrikanın dövlət və hökumət başçıları iştirak edib. (Tass)