Mayın 31-də gecə saatlarında Ramana qəsəbəsi ərazisindəki marketlərin birindən 1554 manat dəyərində tütün məmulatı və oradakı ödəmə terminalından 3 min 170 manat pulun oğurlanması barədə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Həbib Ovçiyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.