Avqust 23, 2025-9:19
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Ramin Məmmədov: Din ifadəsi terrorçuluq, separatizm, radikalizm kimi terminlərlə yanaşı istifadə olunur

2024:12:05 - 14:43
in SOSİAL
A A

Son illərdə, hətta ən yüksək səviyyəli beynəlxalq tədbirlərdə belə din ifadəsi terrorçuluq, separatizm, radikalizm kimi terminlərlə yanaşı istifadə olunur.

“Report”un Şimal bürosunun məlumatına görə, bunu Xaçmazda “Dini müstəvidə ideoloji təhlükəsizlik: çağırışlar və perspektivlər” mövzusunda regional konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov bildirib:

O qeyd edib ki, əslində ictimai şüurda təhdid kimi qəbul edilən bu anlayışların heç birinin dinlərə aidiyyəti yoxdur:

“Din və ideoloji təhlükəsizlik bir-birinə sıx bağlı mövzulardır. Yaşadığımız dünyada baş verən hadisələrin dinamikası, qlobal təhlükəsizliyi təhdid edən problemlər, regionda cərəyan edən mürəkkəb proseslər bizi təhlükəsizlik məsələlərinə daha çox diqqət ayırmağa sövq edir”.

Komitə sədri vurğulayıb ki, heç bir din insan həyatına, sağlamlığına qəsdi təqdir etmir, heç bir dini kitabda müharibələrin, insan faciəsi ilə nəticələnən qanlı toqquşmaların təşviqi ilə bağlı fikirlər yoxdur.

“Lakin indi dinin siyasiləşdirilməsi, hətta bəzən beynəlxalq münasibətlər sistemində ayırıcı faktor kimi dinə istinad olunması faktlarının mövcud olduğunu inkar edə bilmərik. Bu cür təşəbbüslər nəticə etibarilə dinlərin ənənəvi missiyası haqqında hamı tərəfindən qəbul olunmuş təsəvvürləri dəyişdirir”, – o deyib.

R.Məmmədov bəyan edib ki, bu mənada, tolerantlıq, multikulturalizm, inanclara, milli-mənəvi dəyərlərə, mədəni irsə hörmət kimi ali bəşəri dəyərlər üzərində qurulmuş münasibətlər sistemi Azərbaycanda milli həmrəyliyin əsas komponentini təşkil edir:

“Bizi münaqişə və ziddiyyətlərin adi həyat normasına çevrildiyi ölkələrdən fərqləndirən başlıca amil də elə bundan ibarətdir”.

Əvvəlki Yazı

XİN Azərbaycanın Sülh naminə Tərəfdaşlıq Proqramı Çərçivə Sənədinə qoşulmasının 30 illiyinə həsr olunmuş seminar keçirir

Növbəti Yazı

Vüqar Əliyev: Cari ildə 20 min 914 könüllünü əhatə edən layihələr icra olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.