Mart 17, 2025-2:55
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Razi Nurullayev: “Boşanmaların günahkarı qadınlardır”

“Bəzən boşanmalara səbəb qadınların daha çox sərbəst qalmaq istəməsidir”.

Teleqraf xəbər verir ki, bunu deputat Razi Nurullayev Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, ona müraciət edənlərin 10-dan 8-i boşanmaq istəyən qadınlar olur:

“Onlar deyir ki, mən boşanaraq aliment almalıyam. Aliment qadınların boşanmasını stimullaşdırır. Düşünürəm ki, Aliment Fondu yaradılmalıdır və bundan sui-istifadə edənlər isə qanunvericiliklə cəzalandırılmalıdırlar”.