İyun 25, 2025-14:13
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

“Regional İnkişaf” İB-in nümayəndəsi: Gənclərin Qərbi Azərbaycana qayıdış prosesi ilə bağlı məlumatlandırılması vacib məsələdir

2024:04:05 - 16:00
in SİYASƏT
A A

Xalqımız ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürmə və soyqırımlarından böyük əziyyət çəkib. 1991-ci ildə azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması başa çatıb. Aparılmış etnik təmizləmə nəticəsində indi həmin ərazidə müstəsna olaraq ermənilər yaşayır. Hazırda azərbaycanlıların indiki Ermənistan ərazisindən qovulması məsələsini ədalətsizlik kimi beynəlxalq ictimaiyyətin gündəliyinə gətirmək əsas prioritetlərdən biridir.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Orucəli Abbaszadə deyib.

O qeyd edib ki, bu mübarizənin təməlini Ulu Öndər Heydər Əliyevin 1997-ci il dekabrın 18-də “Deportasiya haqqında” və 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” imzaladığı tarixi fərmanlarla qoyulub: “44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbənin ardından Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə tarixi mübarizəmiz yeni mərhələyə keçib. Prezident İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşərkən qeyd etdiyi kimi, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlərə başlanmışdır. Həmin görüşdə Prezident, eyni zamanda, istər ölkə daxilində, istərsə də beynəlxalq müstəvidə görülməli olan işlər barədə öz tapşırıq və tövsiyələrini səsləndirdi”.

Orucəli Abbaszadə bildirib ki, gənclərin bu mövzuda ətraflı məlumatlandırılması və Qərbi Azərbaycana qayıdış prosesinə öz töhfələrini vermək üçün aktiv işə cəlb edilməsi çox vacibdir.

“Qərbi Azərbaycan İcması ilə birgə həyata keçirdiyimiz “Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsi də bu məqsədə xidmət edir. Məqsədimiz gənclərin bu daha geniş məlumatlandırılması və onların proqram əsaslı işinin təşkil edilməsi, həmçinin ölkəmizin haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında gənclərin fəallığının təşfiq olunmasıdır”, – deyə o əlavə edib.

Qeyd edək ki, aprelin 5-də Qərbi Azərbaycan İcması və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsinin icrasına başlanılıb.

Əvvəlki Yazı

Daşkənddə Rusiya səfirliyinin konsulluq işinin səmərəliliyini artırmaq üçün mərkəz açılacaq

Növbəti Yazı

Somali Efiopiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.