Avqust 21, 2025-16:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Rektor: Qərbi Azərbaycanın memarlıq irsi sistemli şəkildə dağıdılıb

2025:06:24 - 12:43
in SİYASƏT
A A

XIX əsrin əvvəllərindən etibarən Qərbi Azərbaycanın – keçmiş İrəvan xanlığının ərazisinə kütləvi şəkildə köçürülən ermənilər tərəfindən türk-müsəlman, azərbaycanlılara məxsus abidələrin əksəriyyəti vəhşicəsinə dağıdılıb və sistemli şəkildə məhv edilib.

“Report”un məlumatına görə, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, memarlıq elmləri doktoru, professor Gülçöhrə Məmmədova “İnşaatın müasir problemləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışında deyib.

O qeyd edib ki, 1918-ci ildə Ermənistan Demokratik Respublikasının yaradılması və İrəvanın yeni dövlətin paytaxtı elan olunması ilə erməni memarlığında siyasi ideologiyanı ifadə edən yeni bir mərhələyə start verilib.

“İrəvan xanlığının ərazisində mövcud olmuş çoxsaylı maddi-mədəniyyət və memarlıq abidələri barədə Jan Tavernye, Jan Şarden, H.Linç və İvan Şopen kimi tanınmış fransız, ingilis və rus səyyahlarının əsərlərində kifayət qədər ətraflı məlumatlar yer alır. Bu mənbələr göstərir ki, XIX əsrin əvvəllərinədək bu torpaqlar türk-müsəlman, azərbaycanlılara məxsus olub və zəngin mədəni irsi özündə əks etdirib”.

Rektor vurğulayıb ki, erməni memarı Aleksandr Tamanyanın hazırladığı İrəvan şəhərinin baş planı bu ideyanın açıq şəkildə daşıyıcısı olub. Şəhərin əsas kompozisiya oxu Ağrı (Ararat) dağına istiqamətlənib və bununla da erməni dövlətçilik konsepsiyasının – “müstəqillik, tarixi ərazilərin qaytarılması, itirilmiş ənənələrin bərpası” ideyasının simvoluna çevrilib.

Professor Gülçöhrə Məmmədovanın fikrincə, bu yanaşma təkcə memarlıq deyil, həm də ideoloji və mədəni mübarizənin bir forması olub və bu gün həmin məqamların araşdırılması tarixçilər və memar alimlər üçün mühüm vəzifələrdən biridir.

Əvvəlki Yazı

Azərbaycan Prezidenti: Bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir

Növbəti Yazı

Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirildi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.