İyun 19, 2025-10:41
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Reper Orxan Zeynallı Zəfər Günü ərəfəsində Budapeştdə konsert verib

2023:11:10 - 16:18
in MƏDƏNİYYƏT
A A

Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlı reper Orxan Zeynallı Zəfər Günü ərəfəsində Budapeştdə öz dinləyiciləri üçün konsert proqramı ilə çıxış edib.

APA xəbər verir ki, Azərbaycan hüdudlarından kənarda ilk konsertini verən Orxan Zeynallı 400-ə yaxın azərbaycanlını bir araya toplayıb. Azərbaycan Diasporuna Dəstək Fondunun da dəstəyi ilə baş tutan konsertə Budapeştdə yaşayan azərbaycanlılarla yanaşı, Polşa, İsveç, Belçika, Niderland, Litva, İngiltərə, Estoniya, Almaniya, İtaliya, Çexiya, Fransa, Gürcüstandan və eyni zamanda Azərbaycandan da həmvətənlərimiz qatılıb.

Reperin xüsusilə “40-cı paralel”, “Torpaqdan ev” kimi milli vətənpərvərlik ruhunda olan və milli dəyərlərimizin təbliğinə həsr olunmuş mahnıları böyük rəğbətlə qarşılanıb. İki saata yaxın davam edən konsertdə Orxan Zeynallı sevilən mahnılarını dinləyiciləri ilə birlikdə ifa edib.

Konsertin növbəti günü Budapeşt Azərbaycan Evində Orxan Zeynallının dinləyiciləri ilə maraqlı görüşü olub. Yaxın gələcəkdə digər ölkələrdə də reperin yeni konsertlərinin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Orxan Zeynallı “APA Media Group”a daxil olan vesti.az portalının mərhum Baş redaktoru, tanınmış jurnalist Araz Zeynalovun oğludur.

Əvvəlki Yazı

Beynəlxalq Muğam Mərkəzində “Xoş gəlmisiniz” ədəbi-musiqili gecə keçiriləcək

Növbəti Yazı

AMADA-nın icraçı direktoru Avropa Şurasının Antidopinq üzrə Monitorinq qrupunun iclasında iştirak edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.