Avqust 28, 2025-16:53
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Report” və Səudiyyə Ərəbistanının Dayanıqlılıq və İqlim üzrə Mərkəzi Əməkdaşlıq Memorandumu imzalayıb

2024:02:23 - 13:33
in SOSİAL
A A

“Report” Müstəqil İnformasiya Agentliyi və Şahzadə Sultan Universitetinin (Səudiyyə Ərəbistanı) Dayanıqlılıq və İqlim üzrə Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

“Report” xəbər verir ki, tərəflər Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsinə dair tematik araşdırmaların aparılması, həmçinin Yaxın Şərq və Şimali Afrika (MENA) regionunda iqlim dəyişikliyi ilə mübarizə istiqamətində əldə olunan nailiyyətləri əks etdirən, planetin “yaşıl” gələcəyi üçün təhsilin əhəmiyyətindən bəhs edən COP üzrə birgə xəbərlərin hazırlanması, seminarların təşkili və s. barədə birgə fəaliyyətlə bağlı razılığa gəliblər.

Bu sənədə “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev və Dayanıqlılıq və İqlim üzrə Mərkəzin təsisçi direktoru, professor Məhəmməd Nurunnabi imza atıblar.

“Report” İnformasiya Agentliyi 2014-cü ildən fəaliyyətə başlayıb. Müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Şahzadə Sultan Universitetinin Dayanıqlılıq və İqlim üzrə Mərkəzi isə institusional resursların səmərəli idarə edilməsi, innovativ tədris və araşdırma, tədqiqat, milli və beynəlxalq tərəfdaşlıq, davamlı maarifləndirmə və təbliğat vasitəsilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə sadiqdir.

Bu mərkəz “Saudi Green Initiative”, “Saudi Vision 2030” və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə də töhfə vermək niyyətindədir.

Əvvəlki Yazı

Sədr: Qərbi Azərbaycandan 1948-1953-cü illərdə deportasiya olunmuş soydaşlarımızın siyahısının tərtibinə başlayacağıq

Növbəti Yazı

Azərbaycanda əhalisinin sayı üç mindən az olan kəndlərin bələdiyyələri birləşdirilir – YENİ LAYİHƏ

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.