Amerikalıların yarıdan çoxu ABŞ prezidentliyinə namizəd olan 78 yaşlı respublikaçı Donald Trampın ölkəni idarə etmək üçün “çox qoca” olduğunu düşünür. Bunu Ipsos sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələri sübut edir.
Mütəxəssislərin fikrincə, respondentlərin 51%-i ABŞ-da “78 yaşında Donald Trampın hakimiyyət postunu tutmaq üçün çox qocadır” ifadəsi ilə razılaşıb. Üstəlik, sorğuda iştirak etmiş qeydiyyatdan keçmiş seçicilərin 53%-i, Demokratlar Partiyasını dəstəkləyən respondentlərin 80%-i və Respublikaçıları dəstəkləyən amerikalıların 21%-i bu qiymətləndirmə ilə razıdır.
Trampın həqiqətən “ağıllı” olub-olmaması və mürəkkəb məsələlərin öhdəsindən gəlməyə qadir olub-olmaması ilə bağlı suala sorğuda iştirak edənlərin 47%-i müsbət cavab verib. Demokratlar Partiyasından ABŞ prezidentliyinə ehtimal edilən namizəd 59 yaşlı Kamala Harrisin əqli qabiliyyətləri ilə bağlı eyni suala respondentlərin 52%-i müsbət cavab verib.
Sorğu onlayn olaraq 22-23 iyul tarixlərində keçirilib. 1241 nəfər, o cümlədən 1018 nəfər qeydə alınmış seçici iştirak edib. Səhv təxminən 3 faiz bəndi idi. (Tass)