Fizika və tarix fənləri üzrə respublika fənn olimpiadalarının ölkə mərhələsinin final turu keçirilib.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, fizika fənni üzrə 123 nəfər, tarix fənni üzrə 139 nəfər, ümumilikdə isə 262 nəfər şagird imtahanda iştirak edib. Nəticələr institutun saytı vasitəsilə elan ediləcək.