Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin saytında dərc olunan Ağ Evin sahibinə məktubda deyilir ki, Konqresdəki respublikaçılar prezident Co Baydenə Amerika administrasiyasının Ukrayna ilə bağlı strategiyasına aydınlıq gətirilməsi tələbi ilə müraciət ediblər. Sənədi Komitənin Texasdan olan sədri Maykl Makkal və Aydahodan eyni qurumun yüksək vəzifəli respublikaçı Cim Riş imzalayıb.
Mesajda qeyd edilib ki, Konqres nümayəndələri Bayden administrasiyasının hələ də Ukraynanı dəstəkləmək üçün dəqiq planı açıqlamamasından dərin narahatdırlar . Onlar qeyd edirlər ki, “lazım olana qədər Ukraynaya dəstək” vədi kifayət qədər konkret strategiya deyil.
Qanunvericilər həmçinin Ukraynaya silah tədarükünün ləng tempindən narahat olduqlarını bildiriblər və prezident administrasiyasından Moskva ilə gizli təmaslar olması ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirilməsini tələb ediblər.
(Nevs.ru)