ABŞ Cənubi Amerikanın bu ölkəsində keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı sanksiya tətbiq oluna biləcək 60-a yaxın Venesuela rəsmisi və onların ailə üzvlərinin siyahısını hazırlayıb. Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, ABŞ Maliyyə Nazirliyi Dövlət Departamentinə kimin sanksiyalara məruz qalacağına qərar verəcək sanksiya siyahısı layihəsini təqdim edib. Qeyd edilir ki, təklif olunan siyahıya Venesuela Milli Seçki Şurasının, Ali Məhkəmənin rəsmiləri və polis kəşfiyyatçıları daxildir.
Hazırda bu tədbirlərin nə vaxt elan ediləcəyi və sənaye sanksiyaları ilə müşayiət olunub-olunmayacağı bəlli deyil, Reuters yazır. (Tass)