ABŞ administrasiyası Afrika Komandanlığını (AFRICOM) ləğv etməyi düşünür. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, AFRICOM komandiri general Maykl Lenqli bildirib ki, o, artıq bir neçə Afrika ölkəsinin hökumətlərini bununla bağlı xəbərdar edib. “Mən bir sıra müdafiə nazirləri və bir sıra prezidentlərlə danışmışam və onlara demişəm ki, biz qiymətləndirmə aparırıq”, – agentlik onun sözlərini sitat gətirir.
General qeyd edib ki, Afrika hökumətləri bu məsələ ilə bağlı fikirlərini Vaşinqtondakı səfirləri vasitəsilə çatdırmalıdırlar. “Mən dedim ki, yaxşı, əgər biz sizin üçün bu qədər önəmliyiksə, bizə xəbər verin və görək” deyib.
AFRICOM 2008-ci ildə yaradılıb və Afrikanı (Misir istisna olmaqla), Madaqaskar və digər bitişik adaları əhatə edir. Əvvəllər onun Afrikadakı funksiyalarını ABŞ Silahlı Qüvvələrinin digər regional komandanlıqları yerinə yetirirdi. (Tass)