ABŞ artıq Səudiyyə Ərəbistanının nüvə proqramının qurulmasına kömək etmək üçün bir şərt olaraq Səudiyyə Ərəbistanından İsraillə münasibətləri normallaşdırmağı tələb etmir. Bu barədə mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.
Agentlik vurğulayır ki, belə bir tələbin ləğvi Vaşinqton tərəfindən “böyük güzəşt” olardı. Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Ceyms Hewitt öz növbəsində Reuters agentliyinə bildirib ki, ABŞ administrasiyası bu cür bəyanatları spekulyasiya hesab edir və vurğulayır ki, ABŞ prezidenti Donald Tramp “elan ediləcək bir şey olanda” müvafiq bəyanatla çıxış edəcək. (Tass )