Amerika lideri Donald Trampın administrasiyası ABŞ Milli Qvardiyasının bir neçə yüz əsgərini ölkə paytaxtına göndərmək imkanını nəzərdən keçirir. Bu barədə mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.
Agentliyin mənbələrindən biri bildirib ki, Tramp hələlik məsələ ilə bağlı yekun qərar verməyib. Mənbə onu da əlavə edib ki, Vaşinqtona göndəriləcək Milli Qvardiya qoşunlarının sayı, eləcə də onların yerinə yetirəcəkləri vəzifələr hələ də müzakirə olunur.
Reuters agentliyinin başqa bir mənbəsi qeyd edib ki, döyüşçülər həm federal əməkdaşları qorumaq, həm də hüquq-mühafizə orqanlarını müvəqqəti olaraq bu işdən azad etmək üçün inzibati tapşırıqları yerinə yetirmək üçün istifadə oluna bilər.