Bir neçə demokrat konqresmen ABŞ dövlət katibi Marko Rubioya məktub göndərərək ondan Rusiya ilə Strateji Silahların Azaldılması Müqaviləsi (START) müddətinin uzadılması üzrə işə başlamağı xahiş ediblər. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Hazırkı müqavilənin müddəti 2026-cı ildə başa çatır. Məktubda deyilir: “Hətta Soyuq Müharibə də daxil olmaqla, böyük fikir ayrılıqlarının olduğu dövrlərdə də ölkələrimiz dünyanı nüvə fəlakətindən uzaqlaşdırmaq üçün danışıqlar masasına oturdular.
Agentlik qeyd edir ki, Dövlət Departamenti Rusiya və ABŞ nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında keçirilən görüşündə razılaşmanın müzakirə edilib-edilməməsi ilə bağlı suala cavab verməyib. Məktubda deyilir: “Rusiya müqavilənin məhdudiyyətlərinə əməl etməyə razı olsa da, nüvə silahı yarışının qarşısının alınmasına yönəlmiş formal mexanizmlərdən istifadənin hər iki ölkəmizin maraqlarına uyğun olduğuna inanırıq”.
Siyasətçilər Rubionu bu məsələdə Konqreslə işə başlamağa çağırıblar. (Tass)