ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Məhəmməd bin Salman Əl Səudla telefonla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib. Bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Sallivan və Al Saud konstruktiv söhbət edib, Yaxın Şərqlə bağlı bir sıra regional məsələlərə toxunublar.